NAYCEL ŞORT: AZƏRBAYCAN BÜTÜN DÜNYADA GÜCLÜ ŞAHMAT ÖLKƏSİ İMİCİ QAZANMIŞDIR
AZƏRTAC xəbər verir ki, bunu Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” ikinci beynəlxalq şahmat festivalının iştirakçısı, ingiltərəli beynəlxalq qrossmeyster Naycel Şort söyləmişdir.
Turnirin iştirakçıları arasında ən yüksək reytinqə malik olan Naycel Şort gələcəkdə yarışın nüfuzunun daha da artacağını bildirərək, uğurların davamlı olması üçün bu cür turnirlərin daim keçirilməsinin zəruriliyini vurğulamışdır.
Festivalda güclü şahmatçıların mübarizə apardığını söyləyən N.Şort, Azərbaycanda şahmatın inkişafını yüksək qiymətləndirmişdir. O demişdir: “Azərbaycan bütün dünyada güclü şahmat ölkəsi imici qazanmışdır. Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi güclü qrossmeysterlərin olması Azərbaycanda şahmatın inkişafının göstəricisidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]