Nazir: 50 mindən çox əlilliyi olan vətəndaş şirkətlərdə çalışır
Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün Azərbaycanda sahibkarlıq möhkəm təməl üzərində formalaşıb. Hazırda ölkəmizdə 50 mindən çox əlilliyi olan vətəndaş şirkətlərdə çalışır. Hədəfimiz daha böyükdür. İnklüziv biznes cəmiyyətinə sahibkarlar da öz töhfəsini verəcək.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dayaq” mükafatının təqdimat mərasimində deyib.
Nazir qeyd edib ki, cəmi 6 illik bir dövrdə əmək müqavilələri 609 min olub.
“Bu müqavilələrdən 80 faizi başqa sözlə, 500 mini özəl sektorun payına düşür. Əmək fondu 3 dəfə artıb. Sahibkarlarımızın biznesə çıxışının artırılması istiqamətində işlər görülür. Bizim birgə fəaliyyətimiz növbəti illərdə də sahibkarlığın inkişafına dəstək olacaq”, - deyə nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:05]
Yeni dərman zavodundan REPORTAJ VİDEO
- 05.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [19:02]
Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]