Nazir müavini Ağstafa rayonunda vətəndaş müraciətlərini dinləyəcək
Bakı, 2 sentyabr, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyevin sentyabrın 11-də Ağstafa rayonunda Ağstafa və Qazax rayonlarının sakinləri ilə görüşü olacaq.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar sentyabrın 2-8-i tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq görüşə yazıla bilərlər.