Nazir müavini: İntellektual müsabiqələr gənclərin hərtərəfli inkişafına şərait yaradır
Bakı, 5 noyabr, AZƏRTAC
İntellektual oyunlar və müsabiqələr gənclərin bilik və bacarıqlarını üzə çıxarmağa kömək edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İndira Hacıyeva “GİNius tələbə-gənclər kuboku 2025” intellektual-əyləncəli oyunun final mərhələsinin açılış mərasimində deyib.
O, Azərbaycan gənclərinin intellektual müsabiqələrdə fəal iştirak etdiyini bildirib: “Təhsil, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafına şərait yaradır. Gənclər və İdman Nazirliyi də öz növbəsində bu gənclərin inkişafına töhfə verir. Sevindiricidir ki, qaliblərin uğurları digər gənclərə də ilham verir”.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin yaradılması və kollektiv düşüncə bacarıqlarının təşviq edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:44]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:30]
Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 07.08.2026 [17:26]
Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər
- 07.08.2026 [17:17]