Nazir Rəşad Nəbiyev Yevlaxda vətəndaşlarla görüşəcək
Bakı, 9 iyun, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 16-da saat 10:00-da Yevlax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri, Nizami prospekti 61) Yevlax, Bərdə, Tərtər, Goranboy rayonları və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün iyunun 15-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzinə (1655), elektron poçtuna ([email protected]) və (012) 598-58-58 (daxili 222 və 290) nömrəsinə zəng edərək müraciət etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]