İDMAN
NBA-da növbəti oyunlar keçirilib
Bakı, 6 yanvar, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, basketbol azarkeşləri altı qarşılaşmaya şahidlik ediblər.
Şərq Konfransının ən çox qələbə qazanan komandası "Klivlend Kavalyers" "Şarlott Hornets"i səfərdə 115:105 hesabı ilə məğlub edib. Bu nəticədən sonra "Klivlend Kavalyers" Şərq Konfransında turnir cədvəlinə başçılıq edir.
Matçların nəticələri:
“Boston Seltiks” - “Oklahoma-Siti Tander” – 92:105
"Nyu Orleans Pelikans" - "Vaşinqton Vizards" – 110:98
"Şarlott Hornets" - "Klivlend Kavalyers" – 105:115
"Uta Cazz" - “Orlando Meqiç” – 105:92
“Los-Anceles Lakers” - “Hyuston Rokets” – 115:119
“Sakramento” - "Qolden Steyt Uorriors" – 129:99