Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nə üçün məhz Bakı?..
Yaxud yüksək səviyyəli görüşlərin ideal məkanı

Nə üçün məhz Bakı?.. Yaxud yüksək səviyyəli görüşlərin ideal məkanı

Bakı, 16 fevral, AZƏRTAC

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ABŞ-ın Baş Qərargahlar rəisinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə fevralın 16-da Bakıda keçirilən görüşünü şərh edərkən deyib.

Müasir dövrün qlobal çağırışlarına cavab verən Azərbaycan ötən 25 ildə müstəqil və balanslı siyasət yürüdərək dünya düzənində öz yerini və rolunu möhkəmləndirməyə, böyük dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıqlar qurmağa çalışıb və əminliklə demək olar ki, buna nail olub. Təbii ki, ötən dövrün tarixinə qısaca olaraq nəzər yetirsək, bir daha bu reallığın şahidi olarıq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ABŞ, Rusiya kimi güc mərkəzləri, Avropa ölkələri, eləcə də qonşu və digər region dövlətləri ilə qurulan möhkəm əlaqələr, BMT, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda uğurlu təmsilçilik, NATO, Avropa İttifaqı və s. nüfuzlu təşkilatlarla qarşılıqlı hörmət və maraqlar əsasında davam etdirilən əməkdaşlıq buna əyani sübutdur. Bütün bunlarla yanaşı, ölkəmiz 25 illik qısa zaman kəsiyində qlobal layihələrin təşəbbüskarı və iştirakçısı kimi də biri-birindən əhəmiyyətli uğurlara imza atıb. Bu gün tam gücü ilə işləyən BTC, BTƏ neft-qaz kəmərlərini, eləcə də bütün dünyanın diqqət mərkəzində olan və dəstəklənən “Cənub Qaz Dəhlizi” layihəsini qeyd etmək kifayətdir. Sadaladığımız bu və digər faktlar ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına, etibarlı tərəfdaş kimi tanınmasına əyani sübutdur.

Nə üçün məhz Azərbaycan?..

Dünyanın diqqət mərkəzində olan, beynəlxalq aləmdə iqtisadi, siyasi və humanitar mərkəz kimi tanınan Azərbaycan, eyni zamanda, bir çox hallarda beynəlxalq əməkdaşlıqların qurulduğu məkan kimi də tanınır. Mütəmadi olaraq paytaxt Bakıda demək olar ki, bütün dünyanı əhatə edən qlobal tədbirlər, humanitar forumlar, maraqla izlənilən beynəlxalq idman yarışları keçirilir. Respublikamıza gələn qonaqlar inkişafın Azərbaycan modelini öz gözləri ilə görür, ölkəmizin kifayət qədər sabit, təhlükəsiz olduğunu xüsusi olaraq vurğulayırlar. Sözsüz ki, qeyd etdiyimiz bu uğurlar ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili və xarici siyasətin bəhrələridir. 

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirildi. Burada maraqlı bir məqam ortaya çıxır. Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu halda, nə üçün məhz Azərbaycan seçilib? Təbii ki, bu, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu görüş ölkəmizin dünya miqyaslı, nüfuzlu dövlət olmasının, ona böyük hörmətlə yanaşılmasının, etimad göstərilməsinin əyani təzahürüdür.

Liderlər Azərbaycanı etibarlı tərəfdaş, Prezident İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər

Qeyd etdiyimiz kimi, Azərbaycan dünyanın supergücləri olan ABŞ və Rusiya ilə kifayət qədər yaxın münasibətlər qurub, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Dövlətimizin başçısı İlham Əliyevin həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri mövcuddur. Bu gün hər iki lider Azərbaycanı etibarlı tərəfdaş, Prezident İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, D.Tramp və V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər. 

Ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edərək onu qələbəsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. Donald Tramp isə göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp deyib ki, Azərbaycan Prezidenti haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də dövlətimizin başçısı İlham Əliyev ilə görüşlərində və telefon danışıqlarında onun qətiyyətli və dünya miqyasında layiqli lider olduğunu bildirir, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayır.

Ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təkliflər verir

Ölkəmizin dünya miqyasında nüfuzunu yüksəldən əsas amillərdən biri də məhz beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığıdır. Bu sırada BMT-ni xüsusi qeyd etmək lazımdır. Təşkilat ilə Azərbaycan arasındakı 25 illik əməkdaşlıq tarixini uğurlu və faydalı hesab etmək olar. Münasibətlərimizin ən uğurlu məqamlarından biri ölkəmizin 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsidir. Gənc, müstəqil Azərbaycanın 155 ölkənin səsini qazanaraq bu uğura imza atması doğrudan da mühüm hadisə idi. Ölkəmiz bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib. Azərbaycan dünyanın güc mərkəzləri, nüfuzlu beynəlxalq təşkilatları, aparıcı siyasi, iqtisadi və humanitar dairələri ilə sıx əlaqələr qurub və onların böyük hörmətini qazanıb. Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təkliflər və təşəbbüslər irəli sürür, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Zəngin təbii resurslara malik olan Azərbaycanın enerji siyasəti həm də bütün bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir. Təbii ki, bu uğurlu yolun əsası “Əsrin müqaviləsi”ndən başlanır. Tarixə nəzər salsaq “Əsrin müqaviləsi”nin Azərbaycan üçün nə qədər əhəmiyyətli bir layihə olduğunu görərik. Belə ki, 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə başlanıldı. “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilib. 2012-ci ildə Türkiyə və Azərbaycan Trans-Anadolu kəmərinin (TANAP) tikintisi ilə bağlı razılığa gəliblər. TANAP layihəsi də tarixi bir hadisədir. Dövlətimizin başçısının vurğuladığı kimi, məhz TANAP layihəsinin razılaşdırılmasından sonra “Cənub Qaz Dəhlizi”nin konturları görünməyə başlayıb: “2013-cü ildə TAP layihəsinin - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanıb. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub Qaz Dəhlizi”nin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.”

Qlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçısı

Bu gün Azərbaycan, həmçinin mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biri kimi də çıxış edir. Ölkəmizin həyata keçirdiyi siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib. Ötən ay Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında çıxışı zamanı Prezident İlham Əliyev bu və digər məqamlara aydınlıq gətirdi: “Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasına birbaşa investisiya yatırmış və eyni zamanda, regional əməkdaşlığa gətirib çıxaran təşəbbüslərə start verərək siyasi cəhətdən də bu layihəyə dəstək olmuşdur... Azərbaycan İpək Yolunun bizə aid olan seqmentinin yenidən qurulmasında həmişə fəal rol oynamışdır. Ümid edirik ki, cari ildə Gürcüstanda və Türkiyədəki tərəfdaşlarımızla birlikdə biz bu üç ölkədə Bakı, Tbilisi və Qars arasında İpək Yolunun çox önəmli bir bağlantısını tamamlayacağıq və bu da bizə qarşıdan gələn uzun illər ərzində bu layihədən faydalanmaq imkanı verəcək. Bu layihə Çindən Avropaya gedən marşrutu mövcud olan 30-35 gündən 14 günə qədər azaldacaq. Bu, ən qısa marşrut olacaq...”

Qeyd edək ki, ölkəmiz “Şimal-Cənub” layihəsi üzərində də çalışır. Bu layihə Hindistanı, İranı, Azərbaycanı, Rusiyanı, Şimali Avropanı və Yaxın Şərqi birləşdirəcək. Layihənin Azərbaycan ərazisinə aid hissəsi artıq tamamlanıb. Dövlətimizin başçısı ümidvar olduğunu bildirir ki, yaxın iki ildə bu layihə İpək Yoluna inteqrasiya olunacaq, yeni bir nəqliyyat marşrutunun açılmasına imkan verəcək.

Bu gün Azərbaycan regional konfliktlərin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında da fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Buna misal olaraq Azərbaycanın Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynamasını göstərə bilərik. Təbii ki, kifayət qədər bu cür nümunələr göstərmək olar. Bu, həm də ölkəmizin regionda mehriban qonşuluq siyasəti yürütdüyünü, sülhsevər olduğunu təsdiqləyir.

Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir. Ölkəmiz yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərini regionun inkişafı və rifahına yönəldir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan və s. əməkdaşlıq formatlarını buna əyani sübut kimi göstərmək olar.

Bir sözlə, ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib