Neapolda Maradonanın heykəlinin açılışı olub
Roma, 25 may, AZƏRTAC
İtaliyanın Neapol şəhərində argentinalı əfsanəvi futbolçu Dieqo Armando Maradonanın heykəlinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində, Pibe de Oro meydanında açılan heykəlin hündürlüyü 6,2 metrdir. Rəssam Salvador Qaudentinin bu əsəri, sadəcə, heykəl deyil, mənsubiyyətin, coşqunun və kollektiv yaddaşın simvoludur.
Xatırladaq ki, İtaliya A Seriyasında 2024-2025-ci illər mövsümünün qalibi olan neapollular tarixlərində dördüncü titullarını qazanıblar. Maradonanın “həmşəhərliləri” 1986-1987-ci, 1989-1990-cı, 2022-2023-cü və 2024-2025-ci illərdə “Skudetto”nun sahibi olublar. “Napoli” Dieqo Armando Maradona dövründən sonra iki dəfə çempionluq əldə edib.
Maradona 1984-1991 mövsümləri arasında oynadığı “Napoli”nin iki İtaliya A Seriyası, bir İtaliya Kuboku, bir İtaliya Super Kuboku və bir UEFA Kubokunun qazanmasında böyük rol oynayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.09.2026 [13:31]
Yurgen Klopp Almaniya millisinin heyətinə 44 futbolçu dəvət edib
- 17.09.2026 [13:03]
Elvin Camalov: “Qəbələ”yə qayıtmağı özümə borc bildim
- 17.09.2026 [12:22]
Qambiyalı futbolçu: “Sabah”ın qollarına mane ola bilmədik
- 17.09.2026 [11:35]
"Neftçi" heyətini daha bir amerikalı basketbolçu ilə gücləndirib
- 17.09.2026 [10:35]
Azərbaycanın şahmat milliləri Olimpiadada ikinci tur oyunlarını keçirəcəklər
- 17.09.2026 [10:27]
Rafinya “Barselona”da Messinin rekordunu yeniləyib
- 17.09.2026 [09:58]
Avropa Liqası: “Beşiktaş” Fransa klubu ilə qarşılaşacaq
- 17.09.2026 [08:18]