NEFT-QAZ ÇIXARMA İDARƏLƏRİ İYUN AYINDA QAZ HASİLATINI ARTIRMIŞLAR
“Azərneft” İstehsalat Birliyinin neft-qaz çıxarma idarələri “mavi yanacaq” hasilatına dair proqnozu yerinə yetirmişlər. Birlikdən AZƏRTAC-a bildirmişlər ki, neftçilər çari ilin iyun ayı ərzində nəzərdə tutulandan 2,8 min kubmetr artıq - 333,2 min kubmetr “mavi yanacaq” çıxarmış və proqnoza 100,8 faiz əməl etmişlər. Birliyin idarələri “mavi yanacaq” təhvilində də proqnozu qabaqlamışlar. Belə ki, neftçilər emal müəssisələrinə 284,5 min kubmetr əvəzinə, 287 min kubmetrdən artıq təbii qaz (100,9 faiz) təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [11:59]
Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir
- 23.09.2026 [11:29]
® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”
- 23.09.2026 [11:27]