NEFT VƏ NEFT MƏHSULLARININİXRACI ARTMIŞDIR
Azərbaycan Dövlət Neft Şirkətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin marketinq və iqtisadi əməliyyatlar idarəsinin xəttilə cari ilin iyun ayı ərzində Avropa bazarlarına 83 min 689 ton müxtəlif növ neft məhsulları göndərilmişdir. İyun ayında ən çox dizel yanacağı ixrac olunmuşdurki, bu məhsulun çəkisi 44 min 952 tona çatdırılmışdır. Bundan başqa 20 min 335 ton təyyarə yanacağı, 17 min 319 ton avtomobil benzini və 1064 ton butan da öz alıcılarına çatdırılmışdır. İlin altı ayında isə dünya bazarlarına 438 min 27 ton neft məhsulları, o cümlədən 206 min 241 ton dizel yanacağı, 137 min 309 ton avtomobil benzini, 89 min 288 ton təyyarə yanacağı və 5 min 190 ton butan çıxarılmışdır. Bu ay xam neft ixracı da nəzərdə tutulduğundan çox olmuşdur. İyun ayında Bakı-Novorossiysk Şimal boru kəməri vasitəsi ilə 305 min 697, yarım ildə isə 1 milyon 386 min 538 ton neft nəql olunmuşdur.