Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi Mərkəzi Xəstəxananın həkimləri ilə görüşüb
Neftçala, 18 aprel, Mahir Babayev, AZƏRTAC
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov dünyanı bürüyən koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar karantin üçün ayrılmış rayon mərkəzi xəstəxanasında tibbi personalla görüşərək, pandemiya əleyhinə görülən işlərlə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinə xəstəxanada yaradılan ümumi şərait barədə məlumat verilib. Qeyd olunub ki, xəstəxanada karantin rejimində müalicə alan şəxslərə xüsusi diqqət və qayğı göstərilir, onların zəruri ehtiyacları yüksək səviyyədə qarşılanır.
M.Seyidov koronavirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan səhiyyəsinin rolunu yüksək qiymətləndirib, göstərdikləri fədakarlığa, qayğıkeşliyə və ən əsası peşəkar fəaliyyətə görə rayonun tibb işçilərinə minnətdarlığını ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]
Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO
- 14.06.2026 [23:41]