Neftçalada 300 ədəd Xəzər Qızılbalığı dənizə buraxılıb
Neftçala, 22 noyabr, İlkin Adıyev, AZƏRTAC
Neftçala rayonunda Xəzər dənizinə endemik olan və uzun illər Azərbaycan Respublikasının Qırmızı Kitabında yer alan, Xəzər Qızılbalığı körpələri dənizə buraxılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yenikənd nərə damazlıq təsərrüfatı tərəfindən ilk dəfə olaraq Xəzər Qızılbalığının dənizə buraxılması baş tutub. Lu-Mun Holding şirkətinin təşkilatçılığı ilə diri çəkisi 180 qram olan 300 ədəd Xəzər Qızılbalığı öz adına məxsus olan su hövzəsinə buraxılıb. Dənizə buraxılan balıqlar Qəbələ rayonunda yetişdirilərək damazlıq təsərrüfatına gətirilib.