REGİONLAR
Neftçalada əsas kapitala yönəldilən vəsait 4,4 dəfə artıb
Neftçala, 9 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Ötən il Neftçala rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 54 milyon 799,9 min manat və ya 2021-ci illə müqayisədə 4,4 dəfə çox vəsait yönəldilib.
Neftçala rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əsas kapitala yönəldilən vəsaitlərin 52 milyon 328,9 min manatı və ya 95,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. 2021-ci illə müqayisədə tikinti-quraşdırma işləri 4,4 dəfə artıb.
2022-ci ildə tikinti müəssisələri tərəfindən, o cümlədən bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar nəzərə alınmaqla, yerinə yetirilmiş tikinti işlərinin dəyəri 15 milyon 151 min manat təşkil edib. 2021-ci illə müqayisədə 7 milyon 734,1 min manat və ya 2 dəfə çox tikinti işləri yerinə yetirilib.