“Neftçi” – “Visla” oyununda qalib müəyyənləşməyib
Bakı, 19 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” klubu ikinci yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, ölkə çempionu Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın “Visla” (Plotsk) komandası ilə üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Azərbaycan təmsilçisinin qolunu 55-ci dəqiqədə Yusuf Laval vurub. Krivotsyuk qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Laval məhz Krivotsyukun səhvindən sonra topu rəqib qapısından keçirib.
Qeyd edək ki, “Neftçi” ilk matçında Macarıstanın “Kişvarda” komandası ilə heç-heçə edib - 2:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]