“Neftçi”-“Arsenal” (Tula) - 1:0
Bakı, 1 avqust, AZƏRTAC
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Arsenal” (Tula, Rusiya) oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da təşkil olunan görüşün 49-cu dəqiqəsində "Neftçi"nin futbolçusu Rauf Əliyev komandasını hesabda önə çıxarıb - 1:0.
Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.
FOTO: Roman İsmayılov