“Neftçi”-“Arsenal” (Tula) oyununun birinci hissəsində hesab açılmayıb
Bakı, 1 avqust, AZƏRTAC
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Arsenal” (Tula, Rusiya) oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da təşkil olunan görüşün birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb.
Oyunu Maltadan olan hakimlər briqadası idarə edir.
Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.
FOTO: Roman İsmayılov