“Neftçi” klubu Konfrans Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
Bakı, 15 iyul, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Kiprin “Aris” (Limassol) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, iştirak ərizəsində 23 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 13-ü yarımmüdafiəçi, 1-i hücumçudur.
Heyətdə qapıçılar - İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov, müdafiəçilər - Mamadu Mbodj, Solomon Kvirkveliya, Voislav Stankoviç, Azər Salahlı, Ömər Buludov, Rüfət Abbasov, yarımmüdafiəçilər - Kenni Sayef, Azər Əliyev, Emin Mahmudov, Sezar Meza Kolli, Eddi İsrafilov, Gilyerme Pato, Rəhman Hacıyev, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı, Ataa Caber, Yusuf Laval, Fərid Yusifli, Ramin Nəsirli və hücumçu - Qodsvey Donyo yer alıblar.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də Bakı vaxtı ilə saat 21:30-da “AEK Arena”da, cavab görüşü isə iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]