“Neftçi” klubu növbəti transferini reallaşdırıb
Bakı, 7 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 7-də “Neftçi” futbol klubu növbəti transferini reallaşdırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlayıb. İyirmi doqquz yaşlı qolkiper 30 nömrəli formanı geyinəcək.
Bunadək “Bakı”, AZAL, “Qəbələ” klublarında çıxış etmiş A.Məmmədov 2015-2016-cı illərdə “Neftçi”nin qapısını qoruyub. O, Azərbaycanın əsas və U-21 yığma komandalarının üzvü olub.
Qeyd edək ki, bundan əvvəl “Neftçi” klubu mərkəz yarımmüdafiəçiləri - qvineyalı Mamadu Kane və Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]