“Neftçi” klubu növbəti transferini rəsmiləşdirib
Bakı, 25 iyul, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu növbəti transferini rəsmiləşdirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, braziliyalı futbolçu Tallison Diaz ilə 2 il müddətinə müqavilə bağlanıb. İyirmi səkkiz yaşlı sol cinah müdafiəçisi komandanın heyətində 91 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Quarani” olan Tallison Diaz Braziliyanın ASA, “Flamenqo”, “Fortaleza”, “Ferroviaria”, “Seara”, “Red Bull Brasil”, “Vitoria” və “Novorizontino”, həmçinin Belçikanın “Sent-Trüden” klublarında oynayıb.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, “Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli komandaya qayıdıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]