“Neftçi” klubu portuqaliyalı futbolçu Ze Manuelə təklif göndərib
Bakı, 24 avqust, AZƏRTAC
Hücum xəttində problemləri olan Bakının “Neftçi” klubu futbolçu axtarışlarını davam etdirir. Paytaxt klubu son olaraq portuqaliyalı futbolçu Ze Manuelə təklif göndərib.
AZƏRTAC xəbər verir ki, futbolçu Portuqaliyada “Santa Klara” klubunda oynayır. İyirmi doqquz yaşlı forvard vaxtilə Portuqaliyanın U-18 yığmasının şərəfini qoruyub.
“Merelinense”nin yetirməsi olan Z.Manuel karyerası ərzində “Braqa”, “Boavişta”, “Portu”, “Vitoriya Setubal”, “Visla Krakov” və digər komandalarda çıxış edib. 2018-ci ildən “Santa Klara”da oynayan hücumçu bu müddətdə 54 oyuna çıxaraq 12 qol vurub.
“Neftçi”nin rəsmi təklif göndərdiyi portuqaliyalı şərtləri qəbul edərsə, onunla ikiillik müqavilə imzalanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [23:11]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [22:03]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]