“Neftçi” komandası “Arsenal” (Tula) ilə oyunda hesab arasındakı fərqi artırıb
Bakı, 1 avqust, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal” (Tula, Rusiya) ilə oyunda hesab arasındakı fərqi artırıb.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da təşkil olunan görüşün 89-cu dəqiqəsində Rusiya təmsilçisinin qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini “Neftçi”nin futbolçusu Dario Frederiko dəqiq yerinə yetirib.
Görüş “Neftçi”nin 2:0 hesablı üstünlüyü ilə davam edir.
Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.
FOTO: Roman İsmayılov