“Neftçi” komandası “Arsenal”ı (Tula) böyük hesabla məğlub edir
Bakı, 1 avqust, AZƏRTAC
Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal”ı (Tula, Rusiya) böyük hesabla məğlub edir.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşün 93-cü dəqiqəsində Bakı təmsilçisinin heyətində Mamadu Mboj fərqlənib - 3:0.
Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.
FOTO: Roman İsmayılov