“NEFTÇİ” KOMANDASI “BİRLİK” KUBOKU YARIŞLARININ YARIMFİNALINA ÇIXMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Neftçi” komandası “Birlik” kuboku uğrunda yarışların yarımfinalına çıxmışdır. Komandamız dörddəbir finalda Özbəkistanın “Paxtakor” komandasına 4:2 hesabı ilə qalib gəlmişdir.
Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatmışdır. Sonra hakimin təyin etdiyi 11 metrlik zərbələri “Neftçi”nin oyunçuları Branomir Subaşiç, Nadir Nəbiyev, Vadim Borets və Aqil Məmmədov daha dəqiq yerinə yetirmişlər. “Neftçi”nin yarımfinaldakı rəqibi yenə də Ermənistanın “Punik” komandası olacaqdır.