“Neftçi” komandası məşqləri bərpa edib
Bakı, 29 mart, AZƏRTAC
“Neftçi” futbol klubu Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Zirə” ilə matçın hazırlığını davam etdirir.
AZƏRTAC xəbər verir ki, martın 25-də keçirilmiş “Qəbələ” ilə yoxlama oyunundan (1:2) sonra istirahətə buraxılan komanda məşqləri bərpa edib.
“Ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşqə çıxıb. Milli komandaların düşərgəsində olan futbolçuların qatılmadığı hazırlıq prosesində “Neftçi”nin əvəzedici heyətinin 8 üzvü də iştirak edib.
Aprelin 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Neftçi” oyununa saat 19:30-da start veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]