“NEFTÇİ” LİDERLİYİNİ SAXLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 3-də keçirilmiş oyunlarla ölkə futbol çempionatının 23-cü turu başa çatmışdır.
Zaqatalada “Neftçi” yerli “Simurq” üzərində 1:0 hesabı ilə qələbə qazanmışdır. Yerli komandanın qapısına yeganə topu görüşün ikinci hissəsində Zaur Tağızadə vurmuşdur. “Olimpik” “Gilan”ı 3:1 hesabı ilə məğlub etmişdir. “Turan” - “Şahdağ” görüşü isə 1:1 hesabı ilə başa çatmışdır.
Xatırladaq ki, bir gün əvvəl keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdır: “Xəzər-Lənkəran” - “MKT Araz”- 4:1, “Gənclərbirliyi” - “Qarabağ”-0:3, “İnter” - “Karvan”-1:1.
Bu turdan sonra “Neftçi” turnir cədvəlinin birinci pilləsində yerini qoruya bilmişdir. Hazırda paytaxt komandasının 45 xalı var. Ondan bir xal geri qalan “Xəzər - Lənkəran” (44 xal) ikinci, “Bakı” (39 xal) isə üçüncü yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]