“Neftçi” Premyer Liqada növbəti nailiyyətini qazanıb
Bakı, 24 avqust, AZƏRTAC
“Neftçi” klubu Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, bu, Premyer Liqada 2020-2021-ci il mövsümünün birinci turuna təsadüf edib. Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi yubiley qələbəsinə sevinib.
1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb. Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox - 265 dəfə doğma meydandan qalib ayrılıb.
Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıtın “Xəzər” klubuna 1:0 hesabı ilə qalib gəliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [22:12]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]