İDMAN
“Neftçi” və “Arsenal” (Tula) komandalarının start heyətləri müəyyənləşib
Bakı, 1 avqust, AZƏRTAC
UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi”-“Arsenal” (Tula, Rusiya) oyunu üçün komandaların start heyətləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq görüşdə Azərbaycan təmsilçisinin heyətində ilk onbirlikdə.
Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Emin Mahmudov, Dario Frederiko, Rauf Əliyev, Kirilo Petrov, Ömər Buludov, Stiven Jozef-Monroz, Mamadu Kane və Soni Mustivar yer alıblar.
Rusiya komandasının heyətində isə Mixail Levaşov, Maksim Belyayev, Giya Qriqalava, Kirill Kombarov, Sergey Tkaçyov, Qoran Çauşiç, Viktor Alvares, Daniil Lesovoy, İqor Qorbatenko, Yevgeni Lutsenko və Georgi Kostadinov meydana çıxacaqlar.
Görüş saat 21:00-da başlayacaq.
Oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. Qarşılaşmanın UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.
Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.