Neftçilər Gününə həsr olunan SOCAR-2022 mini futbol turnirində qrup mərhələsi yekunlaşıb
Bakı, 29 avqust, AZƏRTAC
Neftçilər Gününə həsr olunan SOCAR-2022 mini futbol turnirində qrup mərhələsi yekunlaşıb.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 20-si - Neftçilər Gününə həsr olunan SOCAR-2022 mini futbol turnirində növbəti oyun baş tutub.
Görüşdə “Azəriqaz” İstehsalat Birliyinin komandası ilə Neft Kəmərləri İdarəsinin komandası üz-üzə gəlib. “Azəriqaz”ın komandası 6:3 hesabı ilə qələbə qazanaraq 1/16 final mərhələsinə yüksəlib.