“Neftçi”nin müdafiəçisi: Zənnimcə, “Arsenal” ilə ikinci görüş də birinciyə bənzəyəcək
Bakı, 1 avqust, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun müdafiəçisi Kirill Petrov Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Arsenal” ilə cavab matçından gözləntilərini bölüşüb. Xatırladaq ki, birinci oyunda Rusiya komandası 0:1 hesabı ilə məğlub olub.
AZƏRTAC “www.championat.com” saytına istinadla xəbər verir ki, müdafiəçi deyib: “Tulada vəziyyət əla idi. Azarkeşlərin dəstəyi bizə mane olmurdu. Əksinə, stadionun dolu olduğunu görmək xoş idi. Axı biz tamaşaçılar üçün oynayırıq. Əgər onlar tribunalarda olmasaydılar, belə nəticəyə nail ola bilməzdik. Ümidvaram ki, “Arsenal” ilə cavab oyununda da stadion azarkeşlərlə dolu olacaq. Düşünürəm ki, ikinci matç da birinciyə oxşayacaq. Biz üstünlüyümüzün olması barədə düşünməməliyik. Meydana elə çıxmalıyıq ki, sanki birinci matç 0:0 hesabı ilə başa çatıb”.
“Neftçi” ilə “Arsenal” arasında cavab görüşü bu gün saat 21:00-da “Baksel Arena” stadionunda keçiriləcək. Bu qarşılaşmanın qalibi Avropa Liqasının növbəti mərhələsində İsrailin “Bney İyequda” klubu ilə görüşəcək.