İDMAN
“Neftçi”nin yarımmüdafiəçisi: Cavab matçında maksimum diqqətli olmaq lazımdır
![“Neftçi”nin yarımmüdafiəçisi: Cavab matçında maksimum diqqətli olmaq lazımdır](/files/2019/2/1200x630/15646666702848043414_1200x630.jpg)
Bakı, 1 avqust, AZƏRTAC
Bakının “Neftçi” futbol klubunun yarımmüdafiəçisi Emin Mahmudov Avropa Liqasının ikinci təsnifat raundunda Tulanın “Arsenal” komandası ilə cavab matçı barədə fikirlərini bölüşüb. Xatırladaq ki, bu komandaların arasında birinci oyunda “Arsenal” 0:1 hesabı ilə məğlub olub.
AZƏRTAC xəbər verir ki, Emin Mahmudovun sözlərinə görə, “Neftçi”nin favorit hesab edilməməsi komanda yoldaşlarının əsla heysiyyətinə toxunmurdu. O deyib: “Biz öz imkanlarımızı bilirdik və nəyə qabil olduğumuzu başa düşürdük. Cavab matçında bütün 90 dəqiqə ərzində maksimum diqqətli olmalıyıq. Biş başa düşürük ki, “Arsenal” yaxşı komandadır, bu komanda hər dəqiqə qol vura bilər. Ona görə bu dəfə birinci matçdakından daha yaxşı oynamaq lazımdır”.
“Neftçi” ilə “Arsenal”ın cavab oyunu bu gün, avqustun 1-də yerli vaxtla saat 21.00-da Bakıdakı “Baksell-Arena” stadionunda başlanacaq. Bugünkü oyunun qalibi növbəti raundda İsrailin “Bney İyequda” komandası ilə qarşılaşacaq.