Nərimanov rayonunda quldurluq etməkdə şübhəli bilinən iki nəfər müəyyənləşdirilərək saxlanılıblar
Bakı, 6 yanvar, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əliyev yanvarın 4-də Z.Bünyadov prospektində idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturmuş iki nəfərin onu bıçaqla hədələyib 100 manatını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri K.Qayıbov və E.Qurbanov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.