“Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı Lənkəranda keçiriləcək
Bakı, 10 iyul, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin “Nəsildən-nəslə teatr” layihəsinin növbəti seminarı iyulun 15-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzində keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Aktyor sənəti: ənənə və müasirlik dilemması” adlı seminarın qonağı, Xalq artisti Qabil Quliyev olacaq.
O, gənclərə aktyor sənətinin sirləri, rejissor, aktyor və tamaşaçı ünsiyyəti, ənənəvi və müasir stereotiplərin qırılması kimi mövzulardan söhbət açacaq.
Seminarın məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək, həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi ilə sahəyə marağın artırılması və gənclərin teatra cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]