“Nəsimi ili” şabranlıların yaddaşında poeziya bayramı ilə qalacaq
Şabran, 27 fevral, Elxan Yusifli, AZƏRTAC
Şabranda görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş poeziya bayramı keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Şabran Rayon İcra Hakimiyyətinin rayondakı mədəniyyət müəssisələri ilə birgə təşkil edəcəyi bayram tədbirinin iyun ayında keçirilməsi nəzərdə tutulub.
Şabrandakı Xaqani Şirvani adına poeziya evinin qarşısındakı meydanda təşkil olunacaq poeziya bayramında görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığından söz açılacaq. Tamaşaçılar bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış İmadəddin Nəsimiyə həsr olunmuş ədəbi-bədii kompazisiyaları və maraqlı konsert proqramını izləmək imkanı qazanacaqlar.
Artıq bayram tədbiri ilə bağlı hazırlıqlara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [10:38]
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir
- 07.08.2026 [10:09]