Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir
Bakı, 3 aprel, AZƏRTAC
Koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nəsimi rayonunda bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə məhəllə və küçələrdə təbliğat işlərinin aparılması üçün rayon icra hakimiyyətində yaradılan mobil qruplar tərəfindən fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq və evdə qalmaları barədə tövsiyələr edilir.