“Neurope.eu”: Azərbaycanda keçiriləcək seçkilərdə gənclər fəallıq göstərəcəklər
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycanda keçiriləcək parlament seçkilərində gənclər xüsusi fəallıq nümayiş etdirəcəklər.
AZƏRTAC Seçki-2015.az saytına istinadən xəbər verir ki, bu fikir “Neurope.eu” portalında yayılan məqalədə öz əksini tapıb.
Müəllif Marina Alamon diqqəti cari ilin iyununda keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarına cəlb edərək bu beynəlxalq idman tədbirində də azərbaycanlı gənclərin göstərdikləri fəallığı xüsusi vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda gənclərin kifayət qədər nümunəvi təcrübəsi var və bu, parlament seçkilərində də özünü göstərəcək.
Məqalədə Mərkəzi Seçki Komissiyasına istinadən qeyd olunur ki, builki parlament seçkilərində 63500 gənc ilk dəfə səs verəcək. Həmçinin namizədlər arasında da kifayət qədər gənc var.
Azərbaycanda seçkiyə hazırlıq prosesinin normal şəkildə aparıldığını qeyd edən müəllif səsvermənin beynəlxalq müşahidəçilər tərəfindən də izləniləcəyini bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]