Nevada Universitetinin professoru “Startup School”da treninq keçib
Bakı, 25 aprel, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi “Startup School”da xarici ekspertlərin treninqləri davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Nevada Universitetinin Biznes Kollecinin proqram koordinatoru Pavel Pietrasienski “Bazara giriş və ABŞ-da biznesin aparılmasının praktiki aspektləri” mövzusunda treninq keçib.
Ekspert bildirib ki, treninqin məqsədi tələbələri ABŞ-da, xüsusən də Nevada ştatında biznesin aparılmasının müxtəlif aspektləri haqqında praktiki biliklərlə təmin etməkdir.
Qeyd edək ki, treninqlərin sonunda seçilən 9 layihə (komanda) “SABAH.Lab”ın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcəklər.