Nicat Abasov Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında keçirilən blits-turnirin qalibi olub
Naxçıvan, 7 may, AZƏRTAC
Naxçıvan Şahmat Mərkəzində davam edən Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında keçirilən blits-turnirin qalibi müəyyənləşib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, turnirdə 74 şahmatçı birincilik uğrunda mübarizə aparıb. Ümumi mükafat fondu iki min ABŞ dolları olan yarışın qalibi azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) olub. O keçirdiyi 9 görüşdən 7,5 xal toplayıb. Azərbaycanlı qrossmeyster Qədir Hüseynov, Vüqar Rəsulov və iranlı qrossmeyster Purramezanali Əmirreza 7 xal toplayıblar.
5-10-cu yerlərdə isə Nail Bəşirli, Kənan Qarayev, Tornike Sanikidze (Gürcüstan), Vladislav Kovalyev (Belarus), Misrətdin İsgəndərov və Timur Qarayev (ABŞ) qərarlaşıblar.
Qeyd edək ki, blits-turniri ilk on pillədə başa vuran şahmatçılara pul mükafatı təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:08]
Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:59]
Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO
- 11.06.2026 [18:55]
Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO
- 11.06.2026 [17:57]