Niderland qəzetində 28 may- Respublika Günü münasibətilə təbrik dərc edilib
Rotterdam, 29 may, AZƏRTAC
Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildönümü münasibətilə Niderland mətbuatının nüfuzlu “AD” (Algemeen Dağblad) qəzetində ölkəmizlə bağlı təbrik dərc edilib.
AZƏRTAC xəbər verir ki, təbrik “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunub.
“Artıq müharibə başa çatıb və Vətənimizi gözəllikləri ilə təbliğ etməliyik. Hər zaman birtərəfli mövqe tutan Avropa mətbuatı ilə bu yolla anlaşacağımıza əminik”,-deyə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva deyib.
Təbrikdə 28 may-Azərbaycanda Respublika Günü olduğu və Niderlandda yaşayan azərbaycanlıların da bu günü qeyd etdiyi diqqətə çatdırılır. 103 il öncə yaradılan respublikanın İslam Şərqində ilk Demokratik Respublika olduğu vurğulanır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam