Niderland sənədsiz miqrantları Uqandaya deportasiya etmək istəyir
Bakı, 21 oktyabr, AZƏRTAC
Niderlandda sığınacaq verilməyən miqrantların Uqandaya göndərilməsi məqsədilə bu ölkədə tranzit mərkəzinin yaradılmasını nəzərdə tutan pilot layihə 2026-cı ildə işə salına bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Niderlandın miqrasiya və sığınacaq məsələləri üzrə naziri, xarici işlər naziri David van Vil “The Financial Times” qəzetinə müsahibəsində deyib. Nazirin sözlərinə görə, hazırda ölkədə sığınacaqların verilməsi üzrə sistem mövcud olsa da, çox sayda insan hüquqi əsasları olmadığı halda, ölkədə qalmağa davam edir. Sığınacaq verilməyən şəxs könüllü şəkildə ölkədən çıxmasa, Uqandaya deportasiya ediləcək.
Tranzit mərkəzinə Afrika regionundan və Uqanda ilə qonşu ölkələrdən gəlmiş şəxslərin göndəriləcəyi nəzərdə tutulub.
David van Vil vurğulayıb ki, bu təşəbbüs ABŞ-ın həmin ölkə ilə bağladığı oxşar sazişdən əsaslı şəkildə fərqlənir. Belə ki, layihədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı iştirak edəcək və mərkəzin fəaliyyəti monitorinq altında olacaq.
Uqandanın Xarici İşlər Nazirliyi isə öz növbəsində ölkəsinin yalnız məhkumluğu olmayan, siyasi hərəkatlarda iştirak etməyən və Afrika mənşəli şəxsləri qəbul etməyə hazır olduğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
- 24.09.2026 [04:22]
Avropa İttifaqı İrana çağırış edib
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]