Niderlandda sərnişin qatarı qəzaya uğrayıb VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Niderlandda sərnişin qatarı relsdən çıxıb, nəticədə bir nəfər ölüb, 30-a yaxın insan yaralanıb
AZƏRTAC xəbər verir ki, bu barədə Qərb mediası ölkənin fövqəladə hallar xidmətinə istinadla məlumat yayıb.
Qəza bu gün səhər saatlarında Cənubi Niderland əyalətinin Haaqa yaxınlığında yerləşən Voorsxotten şəhərində baş verib. Nu.nl portalının məlumatına görə, qəzaya qatarın rels üzərindəki kiçik tikinti kranına çırpılması səbəb olub. Hələlik bu versiya rəsmən təsdiqləməyib.
Zərərçəkənlərə yaxınlıqdakı fərdi evlərin sakinləri tərəfindən ilkin tibbi yardım göstərilib, sonra onlar xəstəxanalara aparılıb. Pro Rail dəmir yolu şirkətinin rəhbərliyi hadisəni "Niderland dəmiryolları üçün qara gün" adlandırıb və qəzanın səbəblərini üzə çıxaracağına söz verib.