NİJNİ NOVQORODDA AZƏRBAYCAN ÜÇÜN “DƏDƏ QORQUD” TANKERİ SUYA SALINDI
Zavodun Baş direktoru Nikolay Jarkov təntənəli mərasimdə çıxış edərək bildirmişdir ki, müəssisənin Azərbaycanla əməkdaşlığının 103 illik tarixi var. Bu illər ərzində Azərbaycan üçün 70-dən çox tanker inşa olunmuşdur. O demişdir: “Təkcə son dörd ildə biz Xəzər Gəmiçiliyi üçün yeddi tanker və bir yük teploxodu inşa etmişik”.
“Dədə Qorqud” tankeri Xəzər Gəmiçiliyi ilə 2002-ci ilin oktyabrında bağlanmış müqavilə çərçivəsində inşa edilən beşinci və sonuncu gəmidir. Üç tanker - “Prezident Heydər Əliyev”, “Babək” və “Şah İsmayıl Xətai” gəmiləri artıq sifarişçiyə verilmişdir. Dördüncü gəmi - “Koroğlu” tankeri bu ilin martında suya salınmışdır.
Gəmilər suya salındıqdan sonra tam inşa ediləcək və sınaqdan çıxarılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]