Azərbaycan Dövlət İnformasiya Agentliyi

NİKİTİN ADINA KOLXOZUN SƏDRİ ALEKSEY KOZLOVTSEVİN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Biz kənd sakinləri Sizi İvanovka torpağında salamlamağa şadıq, bu, bizim üçün böyük şərəfdir. Nəsillərin əlaqələri qırılmır, əksinə, davam edir. Sizin atanız, əziz ümummilli liderimiz Heydər Əliyeviç Əliyev Zərifə xanımla birlikdə kəndimizdə qonaq olmuşlar. Bu, o vaxt İvanovka üçün şərəf idi. İndi isə xüsusilə şərəfdir ki, bir ayın ərzində biz Sizinlə ikinci dəfə görüşürük. Biz buna çox şadıq.

Heydər Əliyev bizim camaata həmişə kömək edirdi, bizi həmişə dəstəkləyirdi. Bu gün belə bir təsərrüfatı saxlaya bilməyimiz, ilk növbədə, hörmətli Heydər Əliyeviçin, indi isə İlham Heydəroviçin xidmətidir. Buna görə çox sağ olun.

İlham Heydəroviç, sülhsevər siyasət apardığınıza, regionların sosial-iqtisadi inkişafı proqramını həyata keçirdiyinizə görə Sizə təşəkkür edirik. Məktəblərin, xəstəxanaların, uşaq bağçalarının tikintisinə dair proqram həyata keçirən Mehriban xanıma təşəkkürümüzü bildiririk.

İvanovka camaatı, dediyim kimi, son bir ayda kəndimizdə iki dəfə olan Prezidentimizi salamlamaqla yanaşı, Əli Kərimlinin himayə etdiyi gənclər hərəkatının separatçılıq fəaliyyətini pisləyir. İvanovka camaatı onları pisləyir və bu gün belə qüvvələrə Azərbaycan xalqı arasında yer yoxdur.

Bir daha demək istəyirəm ki, Sizi bu torpaqda salamlamağa çox şadıq və əgər vaxtınız varsa, Sizi təsərrüfatımıza baxmağa dəvət edirəm. Çünki nailiyyətlərimiz, fəaliyyətimizin bəhrəsi var.

İndi buraya toplaşmış camaatın hamısı İvanovka kəndindəki Nikitin adına kolxozun əməkçiləridir. Sizinlə dayandığımız bu küçəyə, icazənizlə, Heydər Əliyeviçin adını vermək və İvanovka kəndində onun büstünü qoymaq istərdik. Biz burada həm də kolxozumuzun mərhum sədri Nikolay Vasilyeviç Nikitinin də büstünü qoymaq istərdik.

Sizin hamınıza bir daha səmimi qəlbdən təşəkkür edirik. Respublikamızın rifahı naminə uzun illər çalışmağınız üçün Tanrı Sizə möhkəm cansağlığı versin. Biz Azərbaycanda yaşayan ruslar, Azərbaycan ruslarıyıq. Azərbaycan Vətənimizdir və biz ölkəmizin vətənpərvərləriyik. Biz Sizi daim dəstəkləmişik və həmişə də dəstəkləyəcəyik. Allah canınızı sağ eləsin, Tanrı Sizə yar olsun.

Sonra çıxış edən pensiyaçı MARİYA ORLOVA Azərbaycan dövlətinin başçısına müraciət edərək dedi:

- Əziz cənab İlham Heydəroviç!

Əziz xanım Əliyeva!

Bu gün sizi kəndimizdə qarşılamağımıza çox şadıq. Düz 24 il əvvəl biz valideynləriniz Heydər Əliyeviçi və Zərifə Əzizovnanı qarşılamışdıq. Biz onda çox şad idik. Aradan çox vaxt keçib, lakin onlar ən yaxın və əziz insanlar kimi qəlbimizdə yaşayırlar. Xatirimdədir, mehmanxanaya gəldikdə, - Nikolay Vasilyeviç bizi oraya aparmışdı, - Zərifə Əzizovna dedi ki, mehmanxana onların çox xoşuna gəlir və burada qalacaqlar. Oturub çay içdilər, Heydər Əliyeviç dedi ki, yoldan gəlmişik, indi bir az dincimizi alaq. Sonra o, Nikolay Vasilyeviçə dedi ki, vaxt təyin etsin, gedib obyektlərə baxaq. Zərifə xanım isə mənə dedi ki, bizim İvanovkaya baxmaq istəyir. Dedim, “Buyurun”. Biz bütün kəndi gəzdik, o, camaatla hal-əhval tutur, dolanışıqları, iş-gücləri ilə maraqlanırdı. Həmkəndlilərimiz dedilər ki, çox yaxşı yaşayırlar. Bizim evimizə də gəldik, o, evə, həyət-bacaya baxdı. Sonra biz Nikolay Vasilyeviçgilə getdik, bizi onun arvadı Anna Timofeyevna qarşıladı, vaxt tapıb onlara təşrif gətirdiyinə görə Zərifə Əzizovnaya təşəkkür etdi. Mən dedim: “Zərifə xanım, biz getməliyik, çünki Heydər Əliyeviç tezliklə gəlməlidir”. Biz getdik, 15-20 dəqiqədən sonra Heydər Əliyeviç gəldi, çox şən idi, gülürdü. O dedi: “Mər hər yeri, bütün müəssisələri öz gözümlə gördüm, heyran qaldım ki, bütün bunlar təkcə kənd camaatının öz əlləri ilə yaradılıb, bütün obyektlər lazımi avadanlıqla təchiz edilib”. O, sanki nağılı xatırladan kolxozun rəhbərinin xidmətlərini də vurğulayaraq dedi ki, “əgər respublikada mənim 15-20 nəfər belə rəhbər işçim olsaydı, çox razı qalardım”. Onlar gedəndə Heydər Əliyeviç məni qucaqlayıb dedi: “Biz sizdən, bizi necə qarşılamağınızdan, qonaqpərvərliyinizdən çox məmnun olduq”. Respublikanın bütün rəhbərliyi də Heydər Əliyeviçlə birlikdə gəlmişdi. Qonaqpərvərliyimizdən onlar da çox razı qaldılar.

İlham Heydəroviçə atası kimi müdrik olmağı arzulayıram. Kəndimizi necə varsa, eləcə də saxlamağa kömək edin. İndi çox evlər satılır. Lakin istəyirik ki, bu evlər uşaqlarımıza, nəvə-nəticələrimizə qalsın. İlham Heydəroviç, indi isə icazə verin, yanınıza gəlim, əlinizi sıxım, Sizə möhkəm cansağlığı arzulayım, ən xoş diləklərimi bildirim. Heydər Əliyeviçə və Zərifə Əzizovnaya Tanrıdan rəhmət diləyirəm. İlham Heydəroviçə isə hələ çox-çox illər respublikamızın lideri olmasını arzu edirəm.

X X X

Kənd xəstəxanasının cərrahı MƏHƏMMƏD ƏSGƏROV dövlətimizin başçısına müraciətlə dedi:

- Əziz İlham Heydər oğlu!

Sizi ürəkdən salamlayıram, bizi xatırladığınıza və bizə qayğı göstərdiyinizə görə çox sağ olun. Heydər Əlirza oğlunun 1981-ci ildə kəndimizə gəldiyini, onun çıxışını xatırlayıram, Nikolay Vasilyeviçin o zaman böyük öhdəliklər götürdüyünü xatırlayıram. Sizin gəlişiniz də bizim üçün böyük bayram, böyük hadisədir və qəlbimizdə əbədi qalacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyev görüşdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub