Nikolay Qoqolun maskası hərraca çıxarılıb
Bakı, 7 fevral, AZƏRTAC
Dahi rus yazıçısı Nikolay Qoqolun ölümdənsonrakı maskası hərraca çıxarılıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Litfond” hərrac evinin məlumatına görə, əntiq əşya - 1852-ci ildə Nikolay Ramazanov tərəfindən gipsdən hazırlanan maska 250 min rubl (red. - təqribən 6000 azn) başlanğıc qiymətlə satışa çıxarılıb.
Fevralın 9-da keçiriləcək hərracda digər lotlar da - 1580-ci ilin “Əhdi-cədid”i, bəstəkar Dmitri Şostakoviçin şəxsi məktubları və Mixail Bulqakovun avtoqrafı yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]