İQTİSADİYYAT
Nizaməddin Ordulu: Süni intellekt və kibertəhlükəsizlik sahələrində Azərbaycana dəstək olmağa hazırıq
![Nizaməddin Ordulu: Süni intellekt və kibertəhlükəsizlik sahələrində Azərbaycana dəstək olmağa hazırıq](/files/2023/3/1200x630/1700656434524345628_1200x630.jpg)
Bakı, 22 noyabr, AZƏRTAC
“Ordulu” şirkəti texnoloji qurumdur və PUA sistemlərinə köməkçi olan proqram təminatı hazırlayırıq, süni intellekt və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstəririk. Süni intellekt və kibertəhlükəsizlik sahələrində Azərbaycana daim dəstək olmağa hazırıq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Ordulu” şirkətinin qurucusu və rəhbəri Nizaməddin Ordulu deyib.
N.Ordulu qeyd edib ki, Azərbaycanda 44 günlük Vətən müharibəsi zamanı süni intellekt texnologiyalarından da istifadə olunub: “Dost və düşmən ünsürlərin xəritə üzərində işarələnməsində sistemlərimiz geniş istifadə olundu”, - deyə türkiyəli şirkət rəhbəri əlavə edib.