“Nizami və Nəvai: ənənə və novatorluq” mövzusunda konfrans təşkil olunacaq
Bakı, 19 yanvar, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan səfirliyinin əməkdaşları ilə Nizami və Nəvai ilinə həsr edilmiş görüş keçirilib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik İsa Həbibbəyli Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanmasına dair belə bir görüşün vacib olduğunu vurğulayıb. İki qardaş ölkə arasında ədəbi əlaqələrə töhfə olaraq 2020-ci ildə institutun “Müqayisəli ədəbiyyatşünaslıq” beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 44 məqalədən ibarət xüsusi buraxılışının nəşr edildiyini xatırladıb.
Görüşdə Özbəkistan səfirliyinin birinci katibi Bəhram Qailov və səfirliyin attaşesi Aybek Əkrəmov, institutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almas Binnətova, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, müəssisənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli iştirak ediblər.
Çıxış edənlər həm Nizami Gəncəvinin, həm Əlişir Nəvainin ümumtürk ədəbiyyatındakı xüsusi mövqeyindən söz açıb, bu səbəbdən onların təntənəli yubileylərinin keçirilməsinin önəmindən danışıblar. Azərbaycan və Özbəkistan elmi ictimaiyyəti tərəfindən konfransların təşkil edilməsini bu yubileylərə elmi dəstək kimi qiymətləndiriblər. Müzakirələrin nəticəsi olaraq fevral ayında “Nizami və Nəvai: ənənə və novatorluq” mövzusunda konfransın təşkil edilməsi qərarı alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]