Novak Cokoviç “Uimbldon” turnirinin qalibi olub
Bakı, 10 iyul, AZƏRTAC
Serbiyalı tennisçisi Novak Cokoviç “Uimbldon” turnirinin finalında avstraliyalı Nik Kiryosu məğlub edib.
AZƏRTAC xəbər verir ki, görüş 4:6, 6:3, 6:4, 7:6 (7:3) nəticəsi ilə başa çatıb. Final oyunu 3 saat 4 dəqiqə davam edib. Beləliklə, 35 yaşlı serbiyalı tennisçi 21-ci “Böyük Dəbilqə” turnirinin qalibi olub.
N.Cokoviç “Uimbldon” turnirində ardıcıl dördüncü dəfə qalib gəlib, karyerasında isə yeddinci qələbəsini qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]