Növbəti “KOB Dostu” Cocuq Mərcanlıda yaradılacaq
Bakı, 28 fevral, Elvin Camalov, AZƏRTAC
Növbəti “KOB Dostu” Cocuq Mərcanlıda yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyəti sədrinin birinci müavini Natiq Həsənov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, bu yaxınlarda daha bir “KOB Dostu” Abşeronda fəaliyyətə başlayıb. Hazırda Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə, Yevlax, Şabran, Qəbələ və Abşeronda “KOB Dostu” fəaliyyət göstərir. Növbəti mərhələdə Cocuq Mərcanlı, Şəki və Cəlilabadda da “KOB Dostu”nun yaradılması planlaşdırılır.