Novosibirskdə matəm elan olunub
Moskva, 9 fevral, AZƏRTAC
Rusiyanın Novosibirsk vilayətində fevralın 10-da matəm elan olunub.
AZƏRTAC xəbər verir ki, bu gün səhər vilayətin Zayeltsevsk rayonunda beşmərtəbəli binada qaz sızmasından partlayış baş verib. Binanın iki girişi dağılıb, 8 nəfər həlak olub. Daha 8 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Hadisə yerinə fövqəladə hallar naziri Aleksandr Kurenkov gəlib. Novosibirsk vilayətinin qubernatoru Andrey Travnikov fevralın 10-nu matəm günü elan edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]