Novosibirskdə partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb
Moskva, 10 fevral, AZƏRTAC
Rusiyanın Novosibirsk vilayətinin Zayeltsevsk rayonunda beşmərtəbəli binada partlayış nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, daha 7 nəfər xəstəxanada müalicə alır. Hadisə nəticəsində 30 mənzil dağılıb. Binanın digər sakinləri təxliyə olunub, onların bir hissəsi yaxınlıqdakı məktəb binasında müvəqqəti yerləşdirilib.
Məlum olub ki, hadisədən bir neçə gün əvvəl binanın qaz avadanlığına cavabdeh şirkətin iki əməkdaşı yoxlama aparıb. Reyd zamanı mənzillərdən birinin qaz avadanlığı dəyişdirilib və bundan sonra sakinlər qaz qoxusundan şikayət etməyə başlayıblar. Şirkətin həmin əməkdaşları - İrina Urbax və Yevgeni Kavun saxlanılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [21:30]
Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb
- 12.10.2026 [20:31]
Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]