Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nürnberq: Almaniya imperiyasının xəzinəsi

Bakı, 20 fevral, Emil Eyyubov, AZƏRTAC

Nürnberq Almaniyanın cənub-şərqində yerləşən, təxminən 186 kvadratkilometr ərazisi olan kiçik bir şəhərdir. O, Bakıdan 10 dəfə kiçikdir, amma yarım milyondan bir qədər çox əhalisi ilə Almaniyanın tarixində mühüm rol oynayıb. Orta əsrlərdə Nürnberq hər yeni seçilmiş alman kralının ilk imperator seymini keçirməli olduğu yer idi. XX əsrdə şəhər milli sosializmin yüksəlişinin şahidi oldu və faşizmin əsas ideoloqları qaçılmaz cəzalarını (Nürnberq məhkəmələri) məhz burada aldılar. Bu gün Nürnberq Bavariya əyalətinin ən çiçəklənən şəhərlərindən biridir və zəngin tarixi və mədəni irsi sayəsində hər il 2 milyona qədər turisti cəlb edir.

Frankoniyanın paytaxtı, zəncəfil çörəyi və oyuncaqlar şəhəri

Hazırda Bakı ilə Nürnberq arasında birbaşa aviareyslər yoxdur, lakin bir neçə rahat tranzit uçuş variantları mövcuddur. Onlardan bəlkə də ən çox büdcəyə uyğun olanı “Pegasus Airlines” aviaşirkətinin uçuşlarıdır ki, biz də bundan istifadə edirik. Bu aşağı büdcəli aviaşirkətin geniş marşrut şəbəkəsinə 49 ölkədə 130-dan çox istiqamət daxildir. Bakıdan İstanbula səyahətin müddəti İstanbuldan Nürnberqə uçuşla eyni vaxtda iki saat yarımdan çox çəkmir.

Əgər bir müddətdir Sabiha Gökçen Beynəlxalq Hava Limanında olmamısınızsa, bəzi dramatik dəyişikliklərin şahidi olacaqsınız. Qeyd etmək lazımdır ki, bu, “Pegasus Airlines” aviaşirkətinin hava limanıdır. Sənayenin “2050 Net Zero” məqsədlərinə uyğun olaraq, davamlılıq “Pegasus”un əsas diqqət mərkəzində olan sahələrdən biridir. Aviaşirkət Sabiha Gökçen hava limanında 25 faizi elektriklə işləyən yerüstü nəqliyyat vasitələrini idarə edir. Baqajın qəbulu prosesi də tam avtomatlaşdırılıb. Çamadanınızı özünüz çəkir və uyğun bir etiket alırsınız. Daha sonra siz baqajınızı konveyer kəmərinə qoyursunuz, burada cihaz etiketi skan edir və çamadanınızı uçuşunuza yükləmək üçün müvafiq qapıya yönləndirir. Hər şey mümkün qədər sadə və səmərəlidir.

İstanbuldan uçuşumuzun təyinat yeri olan Nürnberq hava limanı şəhərin mərkəzinə təəccüblü dərəcədə yaxındır. Hava limanının birbaşa arxasında yerləşən metro stansiyasından qatar sizi Nürnberqin mərkəzindəki əsas dəmir yolu stansiyasına cəmi 12 dəqiqəyə aparacaq.

Biz 1844-cü ildən fəaliyyət göstərən Frankoniyada (mərkəzi Nürnberqdə olan Bavariya bölgəsi) ən böyük qatar stansiyasının binasından ayrılırıq. Stansiya ilə birbaşa üzbəüz yerləşən “Park Plaza Nuremberg” otelimizi görməkdən məmnunuq. Otellə tanışlığımızı axşama qədər təxirə salmaq qərarına gəlirik və qeydiyyatdan sonra dərhal yaxınlıqdakı attraksionları araşdırmaq üçün yola düşürük. Xoşbəxtlikdən, Nürnberqin Köhnə şəhərinə aparan Kral qapısı oteldən çox az bir məsafədədir. Burada, həmçinin ənənəvi və müasir emalatxanaların fəaliyyət göstərdiyi tarixi şəhər divarı ilə əhatə olunmuş sənətkarlar həyəti yerləşir.

Dar küçələr boyu uzanan və Almaniyaya xas olan kiçik yarım-taxta evlər Nürnberqin orta əsr görünüşünü qoruyub saxlayır. Həvəsli ustalar isə ənənəvi texnikadan istifadə etməklə hazırlanmış məhsulları təklif edirlər. Burada siz dəri ustalarını, dulusçuları, qalayçıları və zərgərləri iş yerində seyr edə, keramika, əl istehsalı şamlar, taxta oyuncaqlar və ya Nürnberq zəncəfil çörəyini ala bilərsiniz. Son iki məqam üzərində daha ətraflı dayanmağa dəyər. Nürnberqin zəncəfil çörəyi və ya burada deyildiyi kimi “lebkuchen” bütün dünyada məşhurdur və şəhərin tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Fakt budur ki, azad imperiya şəhəri Nürnberq qədim ticarət yollarının kəsişməsində yerləşirdi və Avropanın ən mühüm ticarət mərkəzlərindən biri idi. Bunun sayəsində şəhərlilər çörəkçilikdə istifadə edilən darçın, mixək, hil, badam kimi ekzotik ədviyyat və qoz-fındıqları əldə edə bilirdilər.

Orta əsrlərdən bəri Nürnberq oyuncaqlar şəhəri sayılır. Oyuncaq istehsalı ənənələri ilə tanış olmaq istəyənlər kolleksiyasında 80 000-dən çox eksponat olan Oyuncaq Muzeyinə üz tuturlar. Ziyarətçiləri birinci mərtəbədə taxta oyuncaqlar qarşılayır, bu sənətkarlığın mənşəyi haqqında təsəvvür yaradır. İkinci mərtəbədə artıq oyuncaq istehsalçılarının zamanın tələblərini, xüsusən də sənayeləşmə dövrünün tendensiyalarını necə izlədiyini görə bilərsiniz. Sərgidə oyuncaq istehsalçısı Lemannın avtomobilləri, qatarları və hətta buxar mühərrikləri nümayiş etdirilir. Demək olar ki, 130 illik tarixi olan Nürnberq şirkəti hələ də model dəmir yolu istehsalı sahəsində liderdir. Nəhayət, Oyuncaq Muzeyinin üst mərtəbəsində “Lego”, “Playmobil” və ya “Matchbox” kimi müasir brendlərin məhsullarını görmək olar. Yaradıcı uşaq meydançasında gənc qonaqlar doyunca oynaya bilərlər, yayda isə açıq havada geniş oyun meydançası mövcuddur.

“Qızıl Buğa”, “Pegnitz” kanalları və Cəllad körpüsü

Yorğun amma xoşbəxt əhvali-ruhiyyədə otelə qayıdırıq. Mərkəzdə yerləşməsi ilə yanaşı, “Park Plaza Nuremberg Radisson” oteli qonaqları rahat ab-havası və ləzzətli yeməkləri ilə əzizləyir. Gözoxşayan rənglərlə bəzədilmiş otaqlar hər cür şəraitə malikdir: çay və qəhvə hazırlayan qurğular, rahat çarpayı və tropik duş. Oteldə sauna ilə fitnes mərkəzi, yeddi konfrans zalı, beynəlxalq və yerli mətbəxi təqdim edən restoran var. Maraqlıdır ki, beynəlxalq “Green Key” ekoloji etiketinə layiq görülən oteldə işıqlandırma, istilik və kondisioner üçün bərpaolunan mənbələrdən alınan enerji və enerjiyə qənaət edən texnologiyalardan istifadə edilir. Mərkəzi Vağzalla üzbəüz yerləşməsinə baxmayaraq (tarixi binasının gözəl mənzərələri daxil olmaqla), əsas tramvay və avtobus qovşaqlarının kəsişməsində yerləşən otelin otaqları təəccüblü dərəcədə sakitdir.

Otelin Köhnə şəhərin yanında yerləşməsindən istifadə edərək, Nürnberqin tarixi mərkəzində gəzintimizi davam etdiririk. Onun ən diqqətəlayiq yerləri arasında Frauentor kimi də tanınan Köniqstor qülləsi var. Bu, 1556-1564-cü illər arasında inşa edilmiş Nürnberq şəhər divarındakı dörd nəhəng dairəvi qüllədən biridir. Hesab edilir ki, bu cür istehkamlar sayəsində düşmən 1945-ci ilə qədər Nürnberqi ala bilməyib. Ola bilsin ki, Köhnə şəhərin əsas cazibəsi İmperator III Konradın hakimiyyəti dövründə, təxminən 1140-cı ildə tikildiyi vaxtdan ətrafdakı mənzərəyə hakim olan İmperator qalasıdır. Təpənin üzərində tikilmiş qala Qədim Roma imperiyasının ən mühüm möhkəmləndirilmiş imperator saraylarından biri idi.

Qala imperatorun mühüm görüşlərinin keçirildiyi yer kimi xidmət edirdi. 1356-cı ildən etibarən İmperator IV Karlın qanunvericilik aktı olan “Qızıl Buğa” hər yeni hökmdarın ilk İmperator seymini Nürnberqdə keçirməsini şərtləndirdi. 1424-cü ildən isə qalada imperiya reqaliyaları saxlanılırdı.

Qalanın bayır həyətinin mərkəzində quyusu olan bir ev görmək olar. Quyunun dərinliyi 47 metrdir və o, qayada oyulub. İmperator qalasının diqqət çəkən məqamı XIII əsrin ikinci yarısında tikilmiş dairəvi Sinvell qülləsidir. Qüllənin 385 metr hündürlükdəki müşahidə göyərtəsindən ziyarətçilər bütün Nürnberqin mənzərəsini seyr edə bilərlər. Qalada zirehlər, silahlar, sikkələr, məişət əşyaları, sənədlər və digər tarixi eksponatlardan ibarət muzey sərgisi də var.

Köhnə şəhərin bəlkə də ən mənzərəli hissəsi buradan axan Peqnits çayının suyu olan kanallardır. Kanalların mövcudluğunun tarixi əsası var. Orta əsrlərdə Nürnberq mühüm ticarət və sənətkarlıq mərkəzi idi və kanallar şəhərin inkişafında həlledici rol oynayır, sakinləri su ilə təmin edir, malların daşınmasını asanlaşdırır və dəyirmanları gücləndirirdi. Kanallar boyunca gəzinti orta əsrlər, İntibah memarlıq nümunələrindən zövq almağa və şəhərin ab-havasına qərq olmağa imkan verəcək. Ən yaxşı mənzərələr Maksbrüqqe daş tağlı körpüdən açılır. 1457-ci ildə tikilmiş bu körpü Nürnberqdəki ən qədim daş körpü hesab olunur.

Yaxınlıqda 1457-ci ildə tikilmiş Cəllad körpüsü (Henkersteg) yerləşir. Bu körpü əvvəlcə şəhər cəlladı üçün nəzərdə tutulmuşdu və o, bu körpüdən çayı keçərək “işə” gedirmiş. Daha sonra 1595-ci ildə baş verən daşqından sonra körpü Köhnə şəhərin tarixi ansamblını tamamlayan dam örtüyü ilə təchiz edilib.

Nürnberqin kulinariya ixtisasları

Hər bir şəhər öz kulinariya ləzzətləri ilə fəxr edir və Nürnberq də bu məsələdə istisna deyil. Biz artıq məşhur “Lebkuchen” zəncəfil çörəyini qeyd etdik. Şəhərdə tərəvəzlər arasında qulançar, qıtığotu və kartof xüsusilə qiymətlidir. Qulançar tumurcuqları vitaminlərlə dolu və olduqca qidalı olan çoxillik bitkidir və burada tərəvəzlərin “kralı” sayılır, Nürnberqin “ağ qızılı” adlanır. Hətta qulançarın Frankoniyada göründüyü tarixi xatırlayırlar: 1670-ci ildə yerli bir dərzi onu səyahət etdiyi ölkədən gətirib. Nürnberqdə qulançar müxtəlif məqsədlərlə istifadə olunur. Restoranlarda tez-tez salatlarda və ya daha mürəkkəb formada qızılbalıq və karideslə, bəzən hətta qulançar musu kimi təqdim olunur. Bütün bu variantlar aşpazın təxəyyülündən asılıdır.

Nürnberq sakinlərinin balıq və ətə, eləcə də souslara və salatlara ətirli dad verən qıtığotuna xüsusi sevgisi var və bu, heç də təsadüfi deyil. Bərəkətli torpağı sayəsində Nürnberq bölgəsi Almaniyada ən böyük qıtığotu yetişdirilən ərazi kimi tanınır. Bu ədviyyatlı köklərdə limondan iki dəfə çox C vitamini var. Efir yağları və antibiotik siniqrin sayəsində bu bitki qan dövranını stimullaşdırır, immunitet sistemini gücləndirir, maddələr mübadiləsini aktivləşdirir və həzmi stimullaşdırır. 2007-ci ildə Bavariya qıtığotu hətta Avropa İttifaqından “Qorunan coğrafi ad” üçün patent alıb.

Frankoniya mətbəxində ən çox istifadə edilən balıq sazandır. Buradakı sazan mövsümü adlarında “r” hərfi olan aylarla məhdudlaşır, yəni, sentyabrdan aprelə qədər. Onun süfrəyə verilməsinin ən çox yayılmış variantı qızardılmış filetodur. Sirkə ilə ədviyyatlı sazan şorbası da tapa bilərsiniz. Nürnberqdə ət və balıq yeməkləri üçün ən çox yayılmış əlavə qidalar kartof və duzlu kələmdir. Üstəlik, knödellər ən çox kartofdan hazırlanır: bunlar kartof püresi ilə yanaşı, əzilmiş çörək qırıntıları, un və yumurta ehtiva edən dəyirmi qaynadılmış məhsullardır.

Və əlbəttə ki, simitdən - duz səpilmiş simit formalı xəmir məmulatından bəhs etməyə bilmərik. Ancaq bu, təkcə Bavariya üçün deyil, bütün Almaniya üçün xarakterikdir.

Sözardı

Nürnberqdən bəhs edərkən XX əsrdə bu şəhərin partiya mitinqlərini keçirən nasional-sosialistlərin nəzarətinə keçdiyi dövrü nəzərdən qaçırmaq mümkün deyil. İkinci Dünya müharibəsi zamanı Nürnberq müttəfiqlərin bombardmanlarından çox əziyyət çəkib. Məhz burada nasist liderlərinin mühakimə edildiyi məşhur Nürnberq məhkəmələri olub. Həmin dövrə şahidlik edən görməli yerlər haqqında hekayəmizin növbəti hissəsində öyrənəcəksiniz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlon Mask müharibələrin gələcəyini araşdıracaq yeni təşəbbüsə rəhbərlik edəcək

Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”

Azərbaycanın müdafiə naziri britaniyalı və slovakiyalı həmkarları ilə görüşüb

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib

Zığ şosesində qəza: 8 Noyabr prospekti istiqamətində hərəkət məhdudlaşdırılıb

Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır

Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir

Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır

Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Şamaxıda yol qəzası ölümlə nəticələnib VİDEO

Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə

İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib

Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Bakıda “Tamo sənəti: Azərbaycanda Kolumbiya əl işləri ənənəsi” sərgisi açılıb

MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər

“ADEX 2026”: BDU rektoru elm–universitet–sənaye əməkdaşlığının vacibliyini diqqətə çatdırıb

“ASELSAN”ın baş direktoru: Qardaş ölkə Azərbaycanla əməkdaşlığımızı gücləndirməyə davam edirik

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başa çatıb VİDEO

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb VİDEO

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub